Dünyanın müxtəlif yerlərində siyasi gərginlik davam edərkən, bəzi ölkələr sülhə doğru addımlar atır.
Tribuna.az xəbər verir ki, regional gərginliklərin formalaşdırdığı yeni dünya nizamı həm də yeni xəritələr gətirir.
İki Avropa ölkəsi arasında aparılan müzakirələr bu xəritələrin tezliklə dəyişəcəyini deməyə əsas verir.
Bir çox qitələrdə siyasi və hərbi münaqişələr davam etsə də, iki ölkə arasında birləşmə istiqamətində atılan addımlar dünya siyasətinin əsas mövzusuna çevrilib. Moldova prezidentinin verdiyi açıqlamalar regionda yaranan yeni xəritənin ilk göstəriciləri kimi dəyərləndirilib. Bu birləşmənin yaratdığı atmosferdə yeni ölkələrin yaranması ehtimalı da gündəmə gətirilib.
Moldova prezidenti Sandu Rumıniya ilə birləşmə istiqamətində addımlar atacağını bəyan edib, lakin ictimai rəy sorğularının bunu hələ qəbul etmədiyini qeyd edib. Rumıniya ilə birləşmənin əsas məqsədinin Avropa Birliyinə üzv olmaq olduğunu vurğulayan Sandu, referendum keçiriləcəyi təqdirdə Rumıniya ilə birləşmənin lehinə səs verəcəyini bəyan edib.
Dəniz Pənahova









