Hamburq şəhərində qalmaqallı aksiya baş verib.
Belə ki, bir qrup aktivist McDonald’s restoranında etiraz aksiyası keçirib.
Tribuna.az xəbər verir ki, Fokusplusnet-in yaydığı məlumata görə, aksiya iştirakçıları restoranda masaları dağıdaraq sərt şüarlar səsləndiriblər.
Onlar “Uşaqlar öldürülür, öldürülən uşaqlar sizin qardaş-bacınız da ola bilərdi. Amma vecinizə də deyil. Bu bir soyqırımıdır”, – deyə onlar bəyan edərək Fələstin məsələsinə diqqət çəkməyə çalışıblar.
Hadisə ilə bağlı videomaterialı təqdim edirik:
Dəniz Pənahova









