Gürcü spiker: “Bakı-İrəvan sülh sazişi yeni perspektivlər açır”

Gürcü spiker: “Bakı-İrəvan sülh sazişi yeni perspektivlər açır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bütün region üçün yeni perspektivlər açır. Bu, təkcə nəqliyyat dəhlizinin funksiyasına aid deyil”.

Tribuna.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, bu, daşıyıcılara daha yaxşı şəraitin təmin edilməsi baxımından vacibdir. “Rəqabət bunun üçün daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionda sabitliyin göstəricisidir”. O qeyd edib ki, sabitlik həm dəhliz ətrafındakı infrastrukturu yaxşılaşdıracaq, həm də regionun müxtəlif sektorlarına sərmayələr yatıracaq.

Fərda Uğur