Son aksiyalardan sonra Güney Azərbaycanda repressiyalar şiddətli şəkil almağa başlayıb.
Tribuna.az xəbər verir ki, son bir həftədə 200-dən çox fəal və müəllim həbs edilib.
Dünən isə Güneydə daha 10 nəfər milli fəalın saxlanılması barədə məlumat yayılıb. Bildirilir ki, onlar SEPAH-ın Kəşfiyyat İidarəsi tərəfindən tutulub.
Bu repressiyaların əsas səbəbi olaraq yanvarın 9-da Təbrizdə aksiyanın keçirilməsi göstərilir. Tribuna.az xəbər verir ki, həmin gün Təbrizdə kütləvi etiraz təşkil olunub və təhlükəsizlik qüvvələri ciddi şəkildə sıxışdırılıb.
Eyni zamanda, həmin aksiyanın Güney Azərbaycan Milli Hərəkatının təşkilatçılığı ilə keçirildiyinə dair məlumatlar da var. Qeyd edilir ki, istiqlalçıların bu addımı atması molla rejimində ciddi narahatlıq yaradıb. Bu səbəbdən də onların kütləvi həbsinə qərar verilib.
Fərda Uğur









