Finlandiya Rusiyanın 3.7 milyon avro pulunu müsadirə etdi

Finlandiya Rusiyanın 3.7 milyon avro pulunu müsadirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada borcların toplanması üzrə fəaliyyət göstərən dövlət idarəsi təxminən 4 milyon avro dəyərində Rusiya vəsaitlərini müsadirə edib.

Tribuna.az xəbər verir ki, bu barədə yerli “Yle” yayım şirkəti məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiya Aİ-nin sərhədyanı əməkdaşlıq proqramı çərçivəsində Finlandiya hakimiyyətinə 3,7 milyon avro köçürüb. Vəsaitlər sərhəd bölgələrinin inkişafında istifadə üçün nəzərdə tutulmuşdu.

“Borcların toplanması idarəsi… təxminən 4 milyon avro dəyərində Rusiya aktivlərini müsadirə edib… Şikayətçi, əvvəlki kimi, Ukraynanın dövlətə məxsus enerji şirkəti “Naftogaz” və onun törəmə şirkətləri idi”, – agentlik izah edib.

Bildirilir ki, Rusiya bu vəsaitləri Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl köçürüb, sonra proqram dayandırılıb. Vəsaitlər Finlandiya hakimiyyətinin balans hesabatlarında qalıb.

Əvvəllər bildirildiyi kimi, ötən ilin aprel ayından bəri Rusiya ilə həmsərhəd olan Finlandiya bölgələrində 315 şirkət müflis olub.

Ən çox bağlanma otel və restoran biznesi və tikinti sahələrində qeydə alınıb. Bəzi bölgələrdə daşınmaz əmlak, topdan və pərakəndə ticarət, tikinti, inzibati və dəstək xidmətləri sektorları da xüsusilə ağır zərbə alıb.