İyunun 15-də Almaniyada Xəzər Avropa Forumu keçirilib.
Tribuna.az xəbər verir ki, həmin tədbir Avropanı Xəzər regionu və Çinlə birləşdirən layihələr müzakirə olunub.
Qeyd edək ki, Forumun təşkilatçısı isə Almaniya XİN-i olub. Tədbirdə yüklərin maneəsiz şəkildə Xəzər hövzəsindən Avropaya daşınması və bu zaman həyata keçiriləcək layihələrdən bəhs olunub.
Maraqlı məsələlərdən biri də odur ki, həmin tədbirə Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan da dəvət edilib. Səfir çıxışı zamanı bildirib ki, belə möhtəşəm layihədən kənarda qalmaq fikrində deyillər. O, Ermənistanın da bu layihədə iştirak edəcəyini bildirib.
Fərda Uğur









