Ərdoğan ABŞ və İran arasında vasitəçi olmağa hazır olduğunu bildirib

Ərdoğan ABŞ və İran arasında vasitəçi olmağa hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İranla ABŞ arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün vasitəçi rolunu üzərinə götürməyə hazırdır və bu istiqamətdə əlaqələrini davam etdirəcək.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 “Gərginliyin azaldılması və problemlərin həlli məqsədilə İran və ABŞ arasında vasitəçi rolunu oynamağa hazır olduğumuzu təsdiqləyirik və bu istiqamətdə təmaslarımızı davam etdirəcəyik”, — deyə Türkiyə lideri Səudiyyə Ərəbistanının Asharq Al-Awsat qəzetinə müsahibəsində bildirib. Ərdoğan həmçinin vurğulayıb ki, “biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımı qəbul etmədiyimizi ifadə etmişik”.

Diplomatik səylərə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə regiondakı tərəfdaşları ilə fəaliyyətini əlaqələndirir. “Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla dost ölkələrlə təmaslarımız davam edir. Biz bu məsələyə bloklar və ya alyanslar düşüncəsi ilə yanaşmırıq”, — deyə o əlavə edib.

İmran Kərimli