Məmurlar ya islahata təkan verməli, ya da könüllü istefaya getməlidirlər
Dövlət başçısı tərəfindən start verilən genişmiqyaslı islahatlar proqramına ayrı-ayrı təbəqələrin təmsilçilərinin münasibətini öyrənmək və bu münasibətləri ictimailəşdirmək məqsədilə bu dəfə vətəndaş cəmiyyətinin təmsilçisi, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərova müraciət etdik. Onunla söhbətimiz həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri və icrasını yenicə başa çatdırdığı “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” adlı layihənin detallarının müzakirəsini əhatə etdi.
– Əli müəllim, vətəndaş cəmiyyətinin təmsilçisi olaraq qarşıdan gələn bələdiyyə seçkilərindən gözləntilərinizi oxucularımızla bölüşməyinizi istərdik…
– İstənilən seçki cəmiyyəti aktivləşdirir, insanların mübarızliyini artırır və hər bir vətəndaş öz fikirlərini istər tənqidi, istərsə də müsbət mənada açıq söyləyə bilir. Bizim ölkəmizdə də keçirilən seçkilərdə hər bir vətəndaş öz mövqeyini açıq ifadə edə bilir. Bunun özü də demokratiyanın bir elementi, bir vintciyidir. Qaldı bələdiyyə seçkilərindən gözləntilərimə, siz də bilirsiniz ki, artıq ölkə prezdentinin ortaya qoyduğu bir siyasi iradə var. Mən düşünürəm bu ilki bələdiyyə seçkiləri əvvəlki seçkilərdən mahiyyətcə fərqlənməlidir ki, nəticədə seçicilərimiz aparılan islahatlara inansınlar və onlarda ruh yüksəkliyi yaransın. Yerli icra nümayəndələri hazırkı stuasiyanı nəzərə alıb əvvəlki iş metodlarından əl çəkməlidirlər. Onlar xalqın seçiminə və ölkə rəhbərinin siyasi iradəsinə hörmətlə yanaşmalıdırlar.
– Sizin də qeyd etdiyiniz kimi, hazırda ölkəmizdə genişmiqyaslı islahatların aparılacağı gözlənilir. Son dəyişikliklər artıq bu işlərə start verildiyini söyləməyə əsaslar yaradır. Siz bir vətəndaş cəmiyyətinin nümayəndəsi, belə demək mümkünsə üçüncü sektorun təmsilçisi kimi islahatların əhəmiyyətini necə görürsünüz?
– Artıq ölkə rəhbərliyinin siyasi iradəsinin göstəricilərinin yalnız sözdən ibarət olmadığının sahidiyik. Son vaxtlar xalq arasında nüfuzu olmayan, adı korrupsiyada hallanan, köhnə idarəetmə metodu ilə isləyib cəmiyyətin inkişafına mane olan
şəxslərin vəzifədən uzaqlasdırılması onu deməyə əsas verir ki, məsələlər çox ciddidir. Artıq insanlarımız köhnə iarəetmə metodu ilə barışmır və yenilik tələb edir. Əgər islahatlar yuxarıdan təkamül yolu ilə getməsə, bu islahatlar aşağıdan başlaya bilər və bu da hazırkı vəziyyətdə çox təhlükəlidir. Mən inanıram ki, islahatlar sona qədər davam etdirilsə cəmiyyətimiz bundan çox məmun qalacaq. Əsas odur ki, yeni təyin edilən kadrlar öz əməllərilə prezidentin başlatdığı islahatların təbliğatçısına çevrilsinlər və onları bilavasitə reallaşdırmaqla məşğul olsunlar. Həm də yaxşı olar ki, kadrların seçimində təkcə siyası əqidəyə görə deyil, həmçinin bacarığa görə də vəzifələrə təyinatlar əsas götürülsün.
– Yeri gəlmişkən, vacibliyi hiss edilən islahatlar istiqamətində özünüzün fərqli baxışlarınızı da bilmək maraqlıdır. Sizcə, hansı sahələr islahatların aparıcı hissəsi hesab edilməli və məhz onlardan başlanılmalıdır?
– Normal demokratik cəmiyyət qurmaq istəyiriksə, öncə iqtidar-müxalifət münasibətləri normallaşdırılmalıdır. Söyüs, təhqir, hədə-qorxu kimi avtoritar düsuncədən və vasitələrdən əl çəkilməlidir. Proporsional seçki sistemi bərpa edilməlidir. Bax, indi artıq təhsil sahəsində müsbət dəyişikliklər həyata keçirilir və bu da artıq müsbət mənada öz təsirini göstərir. Bu çox sevindirici haldır ki, müəllimlərin işə qəbulu və orta məktəb rəhbərliyinin təyinatı imtahan yolu ilə müəyyənləşdirilir. Nəticədə savadlı , bacarıqlı kadrlara üstünlük verilir. Çox yaxsı olardı kı, digər sahələrdə də islahatlara başlasınlar. Əsasən səhiyyə sahəsində. Səhiyyəmiz bərbaddır, hara baxırsan rüsvət. Rayonlarda səhiyyə söbəsinin müdirləri özlərini ziyalı kimi, həkim kimi yox, sanki bir qoçu kimi aparırlar. Süründürməçilik baş alıb gedir. Elə bil şüurlu sürətdə əhalidə narazılıq yaradırlar ki, insanlar dözməyib ayağa qalxsın. Aparılan islahatların dalğası rayonları da əhatə etməlidir. Düsünürəm ki, səhiyyə nazirimiz isinin öhdəsindən layiqincə gələ bilmir. Digər vacib sahələrə isə atrıq yeni təfəkkürlü kadrlar təyin olunub deyə hələ onların barəsində danışmaq istəmirəm. Gözləyək nəticələrini. Basqa yol yoxdu, islahatlar davam etməlidir. Lakin çalışmaq lazımdı kı, bütün dəyişikliklər təkamül yolu ilə baş versin. Məmurlarımızsa ya islahata təkan verməlidirlər, ya da könüllü şəkildə istefaya getməlidirlər.
– Siz artıq bir neçə dəfədir ki, şagirdlərin, gənc nəslin maarifləndirilməsinə istiqamətlənən layihələr hazırlayır və icra edirsiniz. Məhz bu yaş qruplarını seçməyiniz hansı gerçəkliklərdən qaynaqlanır?
– Çünki məhz yeniyetməlik dövründə sagirdlərimizdə romantikaya və qəhrəmanlığa meyl artır, onlar emosional və coşqun olurlar. Yeniyetmələr ideala can atır və daha çox bilikləri mənimsəmək istəyirlər. Əminik ki, təlimlərimizə qoşulan bütün şagirdlərin aldıqları biliklər onların təhtəlşüur yaddaşlarında da dərin izlər buraxacaq və yaradıcı təfəkkürləri inkişaf edəcəkdir. Məktəblərdə davamlı təlimlərin təşkili, disput və ekuskursiyalar, eləcə də incəsənət adamları ilə canlı görüş, müvafiq sorğu-sual imkanları yaradıb yeniyetmələri maarifləndirməklə onların gələcəkdə vətəndaş cəmiyyətinə inteqrasiyasını həm sürətləndirir, həm də asanlaşdırır. Məhz bu yaş dövründə onlarda həyatı təhlil etmə bacarığı güclü olur və şəxsiyyət kimi formalaşmaq istəyirlər.
– Hər layihəniz növbəti yaş həddinə çatan uşaqlar arasında icra olunur. Siz artıq paralel olaraq həm də bir müşahidəçiyə çevrilmisiniz. Ona görə də bu suala cavab verməyimizi istərdik: müxtəlif illərin eyni yaşlı uşaqları arasında intellektual fərqlər sezilirmi? Yoxsa sadəcə dəyişən zaman, tarix, bir-birini əvəz edən illərdir, uşaqlarımızın, gənclərimizin təfəkkürü isə elə yerindəcə sayır?
– Çox yaxsı sualdı. Ən əvvəl onu bildirim ki, keçirdiyimiz təlimlər zamanı məktəblilərin məntiqi idrak formalarından anlayış, mühakimə və əqli nəticədən istifadə etmək bacarığına sahiblənən şagirdlərimiz hər hansı bir hadisəni müzakirə və təhlil etmək imkanına sahib olurlar. Gördüyümüz islər nəticəsində şagirdlərdə mənəvi əqidə və milli şüur formalaşır.Təlimlərin (Disput –red.) müntəzəm, mütəşəkkil, sistemli təşkili və keçirilməsi şagirdlər arasında formalizmi və cansıxıcılığı aradan qaldırmış olur, şagirdlərin fərdi yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması üçün şans yaradır: rəsm çəkmək, şeir söyləmək və kiçik səhnələrin təşkili onların daxillərindəki qabiliyyətlərini həm uzə çıxarır, həm də inkişaf etdirərək formalaşdırır. Bu gun biz fəxrlə deyə bilərik ki, təlimlərimizdə iştirak edən usaqlarla digər həmyasıdları arasında fərqi hiss edir və gorürük. Bunu o məktəblərin pedaqoji kollektivləri də hiss edir. Ona görə də məktəblərin rəhbərlikləri bizimlə sevə-sevə əməkdaşlıq edirlər.
– Əli müəllim, növbəti sualımızsa layihədən sonrakı durumla bağlıdır. Layihələrinizin mövzuları şagirdlərin təfəkküründə hansısa dəyişikliklərə gətirib çıxarırmı? Yuxarıda bu suala nisbətən cavab verdiniz. Lakin xahiş edirəm, sualımızı konkret faktlarla cavablandırasınız…
– Keçirdiyimiz təlimlər ən əvvəl şagirdlərimizi tərbiyə edir, fəallaşdırır, hər bir neqativ hallara qarşı barışmaz olmağa çağırmaqla yanaşı, onları kamillik zirvəsinə doğru istiqamətləndirir. Onlarda yol mədəniyyəti hisslərinin formalaşdırırıq. Eyni zamanda ətraflarındakı insanları da bu işə sövq etməklə hər bir şagirdi təbliğatçıya çevirə bilirik. Gördüyümüz işlərin nəticəsi olaraq uşaqlarda həmcinin zərif insani hisslər də guclənir ki, bununla onlar bir-birlərinə ehtiyacları olduğunu anlayırlar. Məsələn, sonuncu layihəmizin təlimləri zamanı onlar anladılar ki yol , keçid qaydalarını bilmək vacibdir. Bir daha onlara qarşı laqeyd münasibət sərgiləməyəcəklər. Beləliklə, şagirdlərlə aparılan mütəşəkkil, sistemli iş nəticəsində onlarda vicdan, şərəf, borc, məsuliyyət, ədalət, ictimai fəallıq, düşüncə və s. kimi mənəvi kateqoriyalar formalaşdı və yaradıcılıq qabiliyyətləri inkişaf etdi.Təlimlərimiz nəticəsində şagirdlərin duşunmək, fikir bildirmək, nüfuz etmək qabiliyyətləri formalaşmaqla yanaşı, dediyim kimi gələcəkdə vətəndaş cəmiyyətinə inteqrasiyası da asanlaşacaq. Gördüyümüz mütəşəkkil və sistemli işin nəticəsində yeniyetmələr anlayırlar ki, təhlükədən qorunmaq və uğurlara imza atmağın açarı maariflənmədədi.
TİA.AZ









