Vatsap avatarlardan imtina edir

Vatsap avatarlardan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatsap mesencerində istifadəçilərin xarici görünüşü əsasında yaradılan üçölçülü rəqəmsal versiyalar – avatarlar mərhələli şəkildə ləğv edilir. Birinci mərhələdə bu modellərin redaktə olunması imkanı bağlanacaq, daha sonra funksiya tətbiqdən tamamilə çıxarılacaq. Müvafiq bildiriş artıq istifadəçilərin bir hissəsində görünməyə başlayıb.

Tribuna.az “WABetaInfo” resursuna istinadla xəbər verir ki, Mark Zukerberq və “Meta” komandası virtual reallıq (“Metaverse”) texnologiyalarına üstünlük verdiyi dövrdə şirkətin tətbiqlərində bu cür funksiyalar tətbiq olunurdu. Hazırda isə əks proses müşahidə olunur və bu, vatsap mesencerinə də təsir edib.

Avatarlar 2022-ci ilin sonunda tətbiq olunmuşdu. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının “Meta” şirkətinin “metaverse” konsepsiyasını fəal şəkildə inkişaf etdirir və bütün xidmətlərində vahid yanaşmaya nail olmağa çalışırdı. Lakin hazırda bu funksiya prioritet hesab edilmir. Vatsap profilində istifadəçinin əsas fotosu əvvəlki kimi qalacaq, lakin rəqəmsal personajlar və onların əsasında yaradılmış stikerlər silinəcək.

Avatar funksiyasından tam imtinanın müddəti hələ dəqiqləşdirilməyib, lakin istifadəçilərə artıq xəbərdarlıqlar göndərilməyə başlanıb. Yeniliklər mesencerin profilinə aid digər funksiyalara təsir etməyəcək.