14 ildə Azərbaycanda 5 qramlıq qızıl üzüyün qiyməti necə dəyişib?

14 ildə Azərbaycanda 5 qramlıq qızıl üzüyün qiyməti necə dəyişib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan sonuncu (05.05.2026) məlumatda göstərilir ki, qızılın troy unsiyasının (31 qram) qiyməti 7 min 705,5 manat (1 qram 248,6 manat) müəyyən olunub.
Yeniavaz.com xəbər verir ki, qızılın qiyməti bu ilin yanvar ayının 29-da Azərbaycanda tarixi maksimuma çatıb. Belə ki, həmin tarixdə Mərkəzi Bank 1 qram qızılın qiymətinin 304,7 manat olduğunu açıqlamışdı.
Son 16 il ərzində qızılın qiyməti 10,5 dəfə artıb. Müqayisə üçün qeyd edək ki, 16 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Qeyd edək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Nümunə üçün bildirək ki, 14 il əvvəl – 2013-cü ilin mart ayında zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 230 manat olduğu halda, bu ilin mart ayında 1 176,8 manat olub.
Məlumat üçün bildirək ki, 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 14 ildəki qiyməti aşağıdakı kimi olub:
2013-cü ilin mart ayı – 230 manat;
2014-cü ilin mart ayı –  222 manat;
2015-ci ilin mart ayı –  218 manat;
2016-cı ilin mart ayı –  310 manat;
2017-ci ilin mart ayı – 370 manat;
2018-ci ilin mart ayı – 365 manat;
2019-cu ilin mart ayı – 370 manat;
2020-ci ilin mart ayı – 385 manat;
2021-ci ilin mart ayı – 435 manat;
2022-ci ilin mart ayı – 515 manat;
2023-cü ilin mart ayı – 575 manat;
2024-cü ilin mart ayı – 600 manat;
2025-ci ilin mart ayı – 751 manat;
2026-cı ilin mart ayı – 1 177 manat.