ABŞ-ın müharibə naziri: Atəşkəs qüvvədə qalır

ABŞ-ın müharibə naziri: Atəşkəs qüvvədə qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazından gəmilərin keçirilməsi əməliyyatı zamanı İranın hava və dəniz məkanına daxil olmayacaq.

Tribuna.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

Nazir brifinqdə qeyd edib ki, yüzlərlə gəmi ABŞ hərbçilərinin Hörmüz boğazından təhlükəsiz keçid təklifindən yararlanmağa hazırlaşır.

Onun sözlərinə görə, həyata keçirilən əməliyyata baxmayaraq, ABŞ tərəfi İranla atəşkəs rejiminin qüvvədə qaldığını hesab edir.

“İranda kartlar ABŞ-ın əlindədir”, – müharibə naziri əlavə edib.