Zelenskinin Bakıdan İrəvana səfər etməsi Tatoyanın “xətrinə dəyib”

Zelenskinin Bakıdan İrəvana səfər etməsi Tatoyanın “xətrinə dəyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna prezidenti birbaşa Bakıdan Ermənistana gəlib. Doqquz gün əvvəl Qəbələdə o, Azərbaycan Prezidenti İlham Əliyevlə hərbi-sənaye əməkdaşlığı, dronların birgə istehsalı və hərbi təcrübənin ötürülməsi ilə bağlı altı ikitərəfli müqavilə imzalayıb”. Tribuna.az xəbər verir ki, bunu “Birlik Qanadları” Partiyasının lideri Arman Tatoyan deyib.

Onun sözlərinə görə, Zelenskinin İrəvana səfəri “yaxşı hal” deyil. “Azərbaycanla hərbi-sənaye müqavilələri imzalayan bir dövlət başçısı, İrəvandan erməni sürücülərin, erməni inşaatçıların və erməni proqramçıların yaşadığı və işlədiyi bir şəhərə qarşı təhdidlər etmək üçün platforma kimi istifadə etdikdə, bu, diplomatiya deyil. Bu, siyasi məsuliyyətsizlikdir və bunun bədəli hökumət kabinetlərində deyil, həm Ermənistanda, həm də Rusiyada erməni ailələrində ödəniləcək”.

Fərda Uğur