“Neftçi” 4 milyon avroluq futbolçu ilə danışıqlar aparır

“Neftçi” 4 milyon avroluq futbolçu ilə danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neftçi” anqolalı futbolçu transfer edə bilər.
Tribuna.az xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.
Məlumata görə, Bakı təmsilçisi bu ölkənin “Yaqelloniya” klubunda çıxış Afimiko Pululunu heyətinə qatmaq istəyir. Hücumçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və bu səbəbdən “Neftçi” onunla azad agent kimi forvardla müqavilə imzalayacaq.
Qeyd edək ki, Afimiko Pululu peşəkar karyerasına İsveçrənin “Bazel” klununda başlayıb. Daha sonra bu ölkədə “Xamax” və Almaniyada “Qrüter Fürt” klublarında çıxış edib, 2023-cü ildə “Yaqelloniya”ya transfer olunub.
“Transfermarkt” hazırda Afimiko Pululuya 4 milyon avro qiymət qoyub.