Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC növbəti milyonluq tenderini yekunlaşdırıb.
Tribuna.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlar açıqlama yayıblar.
Həmin məlumata görə, tenderə əsasən Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək.
Qeyd edək ki, tenderin qalibi “XEZER-CONSTRUCTİON” MMC olub. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC ilə qalib şirkət arasında 23 milyon 478 min 460 manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, analoji tenderlərdən biri aprelin 29-da keçirilib. Həmin vaxt Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması nəzərədə tutulub. O tenderin də qalibi “XEZER-CONSTRUCTİON” MMC olub. Bakı İcra Hakimiyyəti həmin işlərə görə, şirkətə 61 milyon 87 min 536 manat ödəniş edib.
Fərda Uğur









