Ötən həftədən etibarən İran keçmiş prezidenti Mahmud Əhmədinejadın ciddi təbliğatına start verilib.
Tribuna.az xəbər verir ki, onun tərəfdarları təkcə ölkə daxilində deyil, xaricdə də aktiv təbliğata start veriblər.
Məlumatda deyilir ki, tərəfdarları Əhmədinejadı həm Qərbə, həm də Şərqə (Çinə) bağlılıqdan uzaq, müstəqil bir lider olaraq təqdim edirlər. Onun sayəsində İranın faktiki böhrandan çıxa biləcəyini düşünürlər.
Qeyd edək ki, Əhmədinejat İranda ən nüfuzsuz ölkə rəhbərlərindən biri kimi qəbul edilir. Bunun da əsas səbəbi onun hakimiyyəti dövründə korrupsiyanın açıq şəkildə təzahür etməsini göstərirlər.
Fərda Uğur









