Hollivud ulduzu Leonardo DiCaprio 52 yaşını təmtəraqlı məclislə qeyd edib.
Tribuna.az xəbər verir ki, aktyorun Beverli-Hillzdəki şəxsi evində şənbə axşamı təşkil olunan ziyafətə çoxsaylı məşhurlar qatılıb.
Gecənin qonaqları arasında Al Paçino, Tobi Maquayr, Adrien Brodi, Cona Hill, Keysi Afflek, Edvard Norton, Orlando Blum, Kara Delevin, Ceff Bezos və həyat yoldaşı Loren Sançes, eləcə də reper 50 Cent və müğənni Ice Spice olub.
Lakin məclisin ən çox müzakirə olunan məqamı qadın qonaqların gəlişi olub. Belə ki, təxminən doqquz qadın ziyafətə ağ mikroavtobusla gətirilib. Onların arasında “Love Island USA” realiti-şousunun keçmiş iştirakçısı Kortni Börner də olub. Qadınların qısa libaslarda və hündürdaban ayaqqabılarda məclisə daxil olması paparassilərin diqqətini çəkib.
Gecədən sonra reper 50 Cent də sosial şəbəkədə paylaşım edərək məclisi “dəlisov” adlandırıb. Onun qonaqlar üçün sürpriz çıxış etdiyi də bildirilir.
Gülşən Rəsul












