Dünya Çempionatının ən nifrət edilən komandası

Dünya Çempionatının ən nifrət edilən komandası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisi 2026-cı il dünya çempionatının 1/8 final oyununda Paraqvay yığmasına 1:0 qalib gələrək növbəti mərhələyə adladı.

Tribuna.az  xəbər verir ki, martçda kobudluq, təxribat və simulyasiyalarla yadda qalan Paraqvay millisinin davranışı kəskin tənqid edilib. Fransa futbolçuları isə təmkinli oyunlarına görə təriflənərək 1/4 finala layiqli vəsiqə qazandıqları bildirilib.

Sosial şəbəkə istifadəçilərinin reaksiyalarından bəziləri belədir:

“Bu, futbol tarixində gördüyüm ən dəli oyun idi. Paraqvaylılar utanmadan oynayırdılar. Yaxşı ki, Fransa qalib gəldi.” – @WorldCupHQ_

“Paraqvay dünya çempionatına futbolçular yox, güləşçilər və teatr aktyorları gətirib. Onlar oyunun strategiyası kimi yalnız qayda pozuntularını seçmişdilər.” – @FahadChishte

“Həyatımda izlədiyim ən pis futbol oyunu idi. Paraqvay üçün nə böyük biabırçılıq! Onlar bu turnirdə utanmadan davranıblar.” – @Polit1cswithM

“Paraqvayın 14 yaşadək komandası və ya qadınlardan ibarət millisi Fransaya qarşı bundan yaxşı oynayardı. Bu komanda dürüst deyil, onların nə şərəfi, nə də vicdanı var.” – @NicholasDClay

“Beynəlxalq səviyyədə bundan çirkli oyun görməmişəm. Paraqvay millisi indiyə qədər şahidi olduğum ən kobud futbol nümayiş etdirdi.” – @axlrosf1

“Sizin komandanız kimi komanda görməmişəm. Fransa futbol oynayırdı, Paraqvay isə döyüş sənəti seçmişdi. Bütün matç boyu futbolçularımızı zədələməyə çalışırdınız.” – @morwenkaming adlı fransalı azarkeş Paraqvay yığmasına müraciətində yazıb.

Sosial media ilə yanaşı, tanınmış futbol şərhçiləri və eks-futbolçular da Paraqvay milli komandasının sərgilədiyi oyunu və təxribatlarını kəskin pisləyiblər.

Modern.az