Dələduzluq edildiyini iddia edərək Didem Arslanın proqramında iştirak etdikdən sonra üz döymələri ilə fenomenə çevrilən Nazan Ünal, bir müddət sonra başqa bir proqramda yenidən ortaya çıxıb.
Tribuna.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə o, Didem Arslana qarşı ittihamlar irəli sürməsi ilə diqqət çəkib. Didem Arslanın “Vazgeçme” proqramında iştirak edən və sosial mediada trend mövzusuna çevrilən Nazan Ünal, üz döymələri ilə diqqət çəkmişdi.
Qeyd edək ki, “Döyməli qadın” kimi də tanınan Nazan Ünal, TikTok-da tanış olduğu “Burhan” adlı bir kişinin onu evlilik vədləri ilə aldatdığını, evini satmağa məcbur etdiyini və pulu heç vaxt almadığını iddia etmişdi.
Sensasiyalı açıqlamalarından sonra bu dəfə Sinem Yıldızın YouTube proqramında qonaq olan Nazan Ünal, Didem Arslan Yılmaz haqqında təəccüblü açıqlamalar verib.
Verilişin prosesi barədə danışan Ünal “O, məndən reytinq naminə istifadə edib” sözləri ilə reaksiya verib. O, həmçinin iddia edib ki, əsl fırıldaqçılıq işi verilişlər zamanı arxa plana atılıb və buna görə də haqqı olan pulu tam şəkildə ala bilməyib.
“Didem Arslanın verilişinə getdim. Didemin bacısı da qarışdı, hər şeyi qarışdırdı”, – deyə Ünal bildirib.
Aparıcının “Necə qarışdı, hər şeyi qarışdırdı” sualına Nazan Ünal belə cavab verib:
“Pulumu da almadım. Cəmi 600.000 türk lirəsi aldım. Dedim ki, “Didem bacı, bura gəldim, çünki məni aldatdılar”.
O, həmişə başqa şeylər haqqında danışardı. O, daim deyirdi: “Sənin üç evliliyin olub, filan şeyi etmisən…” Dedim ki, axı, mən evlənməmişəm. O, məndən reytinq üçün istifadə etdi. Və mən borclu olduğum pulu almadım”.









