Bu “nitq” məmurun dövlət dilinə sayğısızlığıdır. Belə “nitqi” nə alim, nə tələbə, nə də jurnalist doğru düzgün anlaya bilməz.
Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov Elm və təhsil naziri Emin Əmrullayevin çıxışı ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, elə buna görə də nazirin çıxışlarına iradlar çox olur:
“3 il əvvəl jurnalist nazirə irad tutmuşdu ki, siz hər şeydən danışdınız, amma heç nə də demədiniz.
Qazaxıstanın təhsil naziri Siyasət Nürbek 7 xarici dil bilir, amma heç vaxt nitqində dilləri qarışdırmır. İşinə də söz ola bilməz, Qazaxıstanın elmi və təhsili bizdən 20 il öndədir.
Bizim menecerlər bu il 3-4 dəfə orda olublar, S. Nurbeklə görüş keçirdiblər. Amma deyəsən faydası olmayıb.
Bizdə dilin saflığına nəzarət edən qurumlar yoxdurmu? Əvvəllər belə qurumlar vardı. Əgər indi yoxdursa, onu yaratmaq lazımdır.
Kasıb müəllimləri 200 manat cərimə etməkdənsə, heç də kasıb olmayan məmuru 13.000 manat cərimə etmək daha ədalətli olardı”.
Dosent bildirib ki,
nazirin çıxışı zamanı ifadə etdiyi eyni fikri səlis azərbaycan dilində, rahat ifadə etmək mümkün idi:
“Məmurun belə “nitqi” dövlətə, cəmiyyətə, auditoriyaya hörmətsizlikdir”.
Nigar İxtiyarqızı









