İranda fəlakətli iqtisadi vəziyyət yaranıb.
Tribuna.az xəbər verir ki, son bir həftədə dollar 10 faizə qədər bahalaşaraq, 120 min tümənə çatıb.
Məlumatlara görə, bununla paralel qızıl və digər qiymətli əşyaların da bahalaşması müşahidə olunur.
Ən dramatik vəziyyət isə ərzaq məhsullarının qiyməti ilə bağlı yaşanır. Belə ki, son bir ayda ərzaq məhsullarının 43 faizə qədər bahalaşdığı bildirilir. Lakin prosesin dayanmadığı, davam etdiyi də qeyd edilir.
İran mənbələri bildirir ki, artıq əhali narazılıq etməyə başlayıb. Hazırda insanların bu narazılığının aksiyaya çevrilib, çevrilməyəcəyi ehtimalları da yüksəlməkdədir.
Fərda Uğur









