Doğum ilinizin son rəqəminə görə siz kimsiniz?

Doğum ilinizin son rəqəminə görə siz kimsiniz?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin numerologiyasına görə doğum ilinizin son rəqəmi sizin kim olduğunuzu açıqlayır.

Tribuna.az xəbər verir ki, əgər doğum tarixinizin son rəqəmi 0 və ya 1-dirsə, sizin elementiniz metal, rənginiz isə ağdır. Enerjiniz pələng, fəsliniz payızdır.

Uğurlu gününüz cümədir. Venera planetinin təsiri altındasınız.

Doğum tarixinizin son rəqəmi 2 və ya 3-dürsə, elementiniz su, rənginiz qaradır. Tısbağa enerjisinə sahibsiniz. Fəsliniz qış, uğurlu gününüz çərşənbədir və Merkurinin təsirindəsiniz.

Doğum tarixinizin son rəqəmi 4 və ya 5-dirsə, elementiniz taxtadır. Rənginiz mavidir və əjdaha enerjisindəsiniz. Fəsliniz yaz, uğurlu gününüz isə cümə axşamıdır. Həmçinin Yupiterin təsiri üzərinizdədir.

Doğum tarixinizin son rəqəmi 6 və ya 7-dirsə, alov enerjisindəsiniz. Rənginiz qırmızıdır və Anka quşu enerjisindəsiniz. Fəsliniz yaydır və uğurlu gününüz çərşənbə axşamıdır. Planet olaraq Marsın təsirləri üzərinizdədir.

Doğum tarixinizin son rəqəmi 8 və ya 9-dursa, torpaq enerjisindəsiniz. Rənginiz sarsıdır və qartal enerjisi sizinlədir. Fəsil keçidləri sizin üçün ən uğurlu vaxtlardır. Ən uğurlu gününüz şənbədir. Saturn planetinin təsiri altındasınız.

Dəniz Pənahova