Müharibə səbəbindən 3 aydan çoxdur ki, İran parlamenti toplaşa bilmir.
Tribuna.az xəbər verir ki, spiker Məhəmməd Baqer Qalibaf iclasların keçirilməməsini təhlükəsizliklə əlaqələndirib.
Lakin onun bu addımı parlamentdə birmənalı qarşılanmayıb. Belə ki, mühafizəkar qanadı təmsil edən deputatlar iclasların keçirilməməsinin Qalibafın “hiyləsi” olduğunu iddia edirlər. Elə bu səbəbdən də bir qrup deputat açıqlama yayaraq, bu həftə içində parlamentin binası önündə, açıq havada iclas keçirəcəklərini bəyan ediblər.
Fərda Uğur









