DÇ-2026: Paraqvay Almaniyanı mundialdan kənarlaşdırdı

DÇ-2026: Paraqvay Almaniyanı mundialdan kənarlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Tribuna.az-ın məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.
Komandanın bu raunndakı rəqibi Fransa – İsveç cütünün qalibi olacaq.