Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.
Tribuna.az -ın məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Afrika təmsilçisi (3:2) 1/8 finala yüksəlib.
Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.









