DÇ-2026-dan sonra həyatı dəyişən qapıçı – “Hüzurumu itirmişəm”

DÇ-2026-dan sonra həyatı dəyişən qapıçı – “Hüzurumu itirmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-dakı çıxışından sonra həyatının tamamilə dəyişdiyini bildirib.

Tribuna.az xəbər verir ki, qolkiper “The Observer”ə açıqlamasında məşhurluğun ona yaratdığı çətinliklərdən danışıb:

“Hüzurumu və rahatlığımı itirmişəm. Artıq şəxsi həyatım demək olar ki, yoxdur, yaxud əvvəlkindən xeyli azdır. İndi küçəyə çıxanda, restorana gedəndə mütləq kimsə mənimlə şəkil çəkdirmək və ya avtoqraf almaq istəyir. Daha pisi isə odur ki, kimsə məni videoya çəkir. Həyatımda ən çox dəyişən məhz budur və düşünmürəm ki, bununla bağlı nəsə edə bilərəm.

Bir çox insan məşhur olmaq və ictimai şəxs statusu qazanmaq istəyir. Amma onlar bunun yalnız müsbət tərəfini görürlər. Açığı, mənə indiki həyatımla əvvəlki həyatım arasında seçim etmək imkanı versəydilər, əvvəlki həyatımı seçərdim”.

Qeyd edək ki, Vozinya DÇ-2026-da 4 oyunda meydana çıxıb və bunların 2-də qapısını toxunulmaz saxlayıb. Mundialdan sonra onun transfer qiymətinin 10 dəfə artdığı bildirilir. Futbolçunun  təkcə İnstaqramdakı hesabına isə 28 milyondan çox insan abunə olub.