DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda

DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib.

 Tribuna.az-ın məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında “tanqoçular” 3:2 hesablı qələbəyə seviniblər.
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.
Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.
Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.
Kolumbiya isə Qananı məğlub edib. Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. 14-cü dəqiqədə Con Arias fərqlənib.
Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.