Danla Bilicin bədənini açıb dolğuları qaşıyaraq təmizlər – Foto

Danla Bilicin bədənini açıb dolğuları qaşıyaraq təmizlər – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli sosial media fenomeni Danla Bilic ombasına vurdurduğu Aquafilling dolğusunun bədəninə yayılması nəticəsində yaranan sağlamlıq problemləri ilə mübarizə aparır.

Tribuna.az xəbər verir ki, doqquzuncu dəfə əməliyyat masasına uzanan fenomen sonuncu əməliyyatının təfərrüatlarını açıqlayıb.

Danla Bilic bildirib ki, bu əməliyyat onun üçün son şans olub və həkimlər mümkün olan maksimum müdaxiləni həyata keçiriblər.

“Bu, bizim son gülləmiz idi. Edə biləcəyimiz maksimum şey bu idi. Bədənimi açıb qaşıyaraq dolğuları təmizlədik.

Dörd aydır bu evdə yerdə sürünürəm, hərarətim 40 dərəcəyə qalxırdı. Çox ağrılı dörd ay keçirdim.

İnsanın özünə etdiyi ən böyük səhvlərdən biri öz problemini, xəstəliyini kiçik hesab etməsidir.

Bir tennis topunun, avtomobil idarə edə bilməyin, rahat yata bilməyin nə qədər dəyərli olduğunu anladım”, – deyə o bildirib.

Gülşən Rəsul