Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz?
Tribuna.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat mütəxəssisi Ərşad Hüseynov söyləyib. O bildirib ki, illərdir Bakıda aparılan kor-koranə işlər belə olacağına işarə idi:
“İllərdir yollardakı tixaclara nə vaxt çarə qılınacağı barədə danışanda yarızarafat-yarıcıddi deyirdik ki, bu işdə ciddi dönüş o vaxt başlayacaq ki, tıxaclar onlara əncam çəkməli olanların və bu şəxslərə və ya qurumlara təsir etmək səlahiyyəti olanların darvazalarına qədər gəlib çıxsın…
Deyəsən, həmin vaxt gəlib çatıb. Bu həftənin əvvəlində Milli Məclisdə Bakı tixacları barədə danışılanlar bunu yadıma saldı. Özü də yəqin ki, tıxac mözusundakı belə emosional söhbətlər təkcə parlamentdə yox, icra hakimiyyəti orqanlarında da gedir. Sadəcə parlamentdən fərqli olaraq, icra hakimiyyəti orqanlarındakı söhbətlər mediaya çıxmır.
Bunları eşidəndə adamın ağlına maraqlı suallar gəlir:
Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz? Bakının və Abşeron aqlomerasiyasının beton cəngəlliyə döndərildiyini, tramvay xətlərinin söküldüyünü, yollarda bəyənmədiyiniz digər işləri görmürdünüz?..
Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya”.
Gülşən Rəsul










