Balkan ölkəsi Monteneqroda sızan seks videoları ilə bağlı qalmaqal baş alıb gedir.
Tribuna.az-ın xəbərinə görə, prezidentin müşaviri Dejan Vuksiç və Mirjana Pajkoviç arasında cinsi münasibəti əks etdirdiyi iddia edilən videolar onların istefasına səbəb olub.
Belə ki, Pajkoviç Vuksiçi şantajda ittiham edir və onun videoların varlığından xəbərsiz olduğunu iddia edir. Hər iki tərəf bir-birinə qarşı cinayət işi qaldırıb.
Bir vaxtlar romantik münasibətdə olduqları bildirilən Pajkoviç və Vuksiçin olduğu iddia edilən görüntülərin ictimaiyyətə yayılmasından sonra Prezidentin müşaviri Dejan Vuksiç dekabr ayında istefa verib. Bu gün Mirjana Pajkoviç bu hadisələrə görə istefa verdiyini açıqlayıb.
Görüntülərin necə sızdığı bəlli olmasa da, Pajkoviç açıq şəkildə Dejan Vuksiçi onu şantaj etməkdə ittiham edib. Pajkoviç iddia edib ki, Vuksiç bu görüntülərdən ona təzyiq göstərmək üçün istifadə edib, bu hadisə ilə bağlı səssiz qalsın.
Dəniz Pənahova









