Britaniya kralı qardaşının saxlanılması ilə bağlı danışdı

Britaniya kralı qardaşının saxlanılması ilə bağlı danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kral III Çarlz kiçik qardaşı Endryu Mauntbatten-Vindzorun saxlanılması ilə bağlı xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.

Tribuna.az xəbər verir ki, o, qardaşı barədə aparılan istintaq zamanı polis ilə əməkdaşlıq edəcəyini də qeyd edib.

Kralın sözlərinə görə, hüquq-mühafizə orqanları işi tam və ədalətli şəkildə araşdırmalıdır və kral ailəsi bu prosesdə “hərtərəfli dəstək və əməkdaşlıq” göstərəcək.

“Qoy açıq deyim: qanun qalib gəlməlidir. Proses davam etdiyi müddətdə bu məsələ barədə daha çox şərh verməyim düzgün olmazdı. Bu arada isə ailəm və mən üzərimizə düşən vəzifələri yerinə yetirməyə və hamınıza xidmət etməyə davam edəcəyik”, — deyə kralın bəyanatında bildirilir.

İmran Kərimli