Bölgələrdə böhran: Niyə müəllim çatışmır?

Bölgələrdə böhran: Niyə müəllim çatışmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Elçin Əfəndiyev bölgələrdə müəllim çatışmazlığı probleminə diqqət çəkib.

Tribuna.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bölgələrdə müəllim vakansiyaları təəssüf ki, bir çox hallarda tutulmur.

Onun sözlərinə görə, bunun əsas səbəbləri dərs saatlarının azlığı, əməkhaqqının aşağı olması, eləcə də yaşayış imkanlarının məhdudluğudur:

“Ev təminatının olmaması və sosial mühitin zəifliyi də vakant yerlərin boş qalmasına səbəb olur. Bu vəziyyətdən ən çox əziyyət çəkən şagirdlər olur.
Bəzi məktəblərdə fizika fənnini fiziki tərbiyə müəllimi, kimya fənnini isə biologiya müəllimi tədris edir. Bu çox bərbad vəziyyətdir”.

Elçin Əfəndiyevin fikrincə, problemin çıxış yolu bölgələrdə işləyəcək müəllimlər üçün həvəsləndirici qərarların qəbul edilməsidir. O hesab edir ki, H1 və H2 kateqoriyaları istisna olmaqla, bölgələrdə vakant yerləri seçən müəllimlərə xüsusi imtiyazlar verilə bilər.

Ekspertin sözlərinə görə, bu müəllimlərə güzəştli şərtlərlə mənzil əldə etmək imkanı yaradılması, kreditlər üzrə aşağı faizlərin tətbiqi, əməkhaqqına əlavə bonusların verilməsi kimi təşviqedici mexanizmlər nəzərdən keçirilə bilər.

O əlavə edib ki, belə imkanlar tanınarsa, bölgələrdəki vakant yerlər konkret ixtisas sahibləri tərəfindən tutulacaq.

Gülşən Rəsul