Daha bir “Azercell” abonenti bu mobil operatorun xidmətindən narazı olduğunu bildirib.
Tribuna.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən vətəndaş Məhəmməd Ağazadə “LikemeChat” xidmətinin onun razılığı olmadan aktivləşdiyini iddia edib.
Onun sözlərinə görə, xidmətdən imtina etmək üçün SMS vasitəsilə “STOP” yazsa da, müəyyən müddətdən sonra xidmət yenidən avtomatik aktivləşib və hesabından gündəlik ödəniş tutulub.
Paylaşımda abonent qeyd edib ki, xidmətin aktivləşməsindən xəbərsiz olduğu halda balansından vəsait çıxılıb.
“Mən tanımıram və aktiv etməmişəm. Belə xidmətləri niyə aktiv edirsiniz? Bir dəfə 40 qəpik çıxırsınız, ‘STOP’ yazdığım halda niyə təkrar avtomatik yenə qoşulur? Nə vaxta kimi belə davam edəcək?” – deyə abonent narazılığını ifadə edib.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Gülşən Rəsul










