Azərbaycanda 2025-ci il ərzində müxtəlif səbəblərdən ölənlərin sayında artım qeydə alınıb.
Tribuna.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.
Qeyd olunub ki, 2010-cu ildə ölkədə ümumilikdə müxtəlif səbəblərdən 53 580 nəfər vəfat etdiyi halda, 2025-ci ildə isə bu göstərici 59 834 nəfərə yüksəlib.
Beləliklə, 15 il ərzində ölüm hallarının ümumi sayı 6 254 nəfər artıb.
Ölüm səbəbləri arasında ən böyük pay isə qan dövranı sistemi xəstəliklərinin üzərinə düşüb.
Belə ki, 2010-cu ildə qan dövranı sistemi xəstəliklərindən 32 825 (61.26%), 2025-ci ildə isə 33 289 (55.64%) nəfər vəfat edib. Müqayisə olunan dövrdə bu səbəbdən ölənlərin sayı 464 nəfər artıb.










