World Population Review resursu dünyanın ən dadlı mətbəxlərinə malik ölkələrin yenilənmiş reytinqini dərc edib.
Tribuna.az xəbər verir ki, siyahıda Azərbaycan 56-cı pillədə qərarlaşıb.
Reytinqə bu il də Yunanıstan liderlik edir. İlk onluqda həmçinin İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin yer alıb. Siyahının son sıralarında isə Nikaraqua, Laos və Boliviya qərarlaşıb.
Postsovet ölkələri arasında ən yüksək mövqeni Gürcüstan tutub — 30-cu yer. Rusiya 34-cü, Ukrayna 43-cü, Belarus isə 75-ci pillədə yer alıb. Litva və Latviya müvafiq olaraq 39-cu və 78-ci yerlərdə qərarlaşıblar.
Reytinqə görə ən zəif mətbəxlər Ermənistan və Qazaxıstan hesab edilib — bu ölkələr müvafiq olaraq 92-ci və 93-cü yerləri tutublar.
Qeyd edək ki, 2024-cü ildə Özbəkistan, Qırğızıstan və Moldova reytinqdə Ermənistan və Qazaxıstandan da aşağı mövqelərdə idi. 2025-ci ildə isə bu ölkələr siyahıdan çıxarılaraq hətta ilk yüzlüyə də daxil olmayıblar.
İmran Kərimli









