“Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.
TİA.AZ AZAL-a istinadən xəbər verir ki, bu vəzifə Nərmin Xəlilovaya həvalə edilib.
N.Xəlilova böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.
Xatırladaq ki, İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.









