Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi

Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib.

Tribuna.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb.

O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib.

Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər.