“Arzum”un cəzası azaldılacaq – Vəkildən ANONS

“Arzum”un cəzası azaldılacaq – Vəkildən ANONS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qədər narazılıq, etiraz və faktlar varsa, Apellyasiya Məhkəməsində ən azı “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın azadlıqdan məhrum edilmə müddəti azaldılacaq.

Bu sözləri Tribuna.az-a vəkil Əkrəm Həsənov ölümlə nəticələnən yol qəzasına görə həbs edilən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyeva ilə bağlı danışarkən deyib.

Ə. Həsənov bildirib ki, İ. Hacıyeva azadlığa çıxa da bilər:

“Apellyasiya Məhkəməsində ən azı onun azadlıqdan məhrum edilmə müddəti azaldılacaq. Ən azı azaldılacaq. Ola bilər ki, hətta tamamilə azadlığa da çıxsın.

Yol qəzaları ilə bağlı işlərdə belə bir faktın olub-olmadığını bilmirəm. Ancaq digər cinayət işlərində olub ki, hökm oxunub, daha sonra Apellyasiya Məhkəməsi işə yenidən baxaraq daha düzgün qərar verib və şəxsi azad edib. Ali Məhkəmə də bunu edib”.

Ə. Həsənov bu hadisənin sosial şəbəkələrdə həddindən artıq müzakirə edilməsinin də tərəfdarı olduğunu bildirib:
“Vətəndaşlar sosial şəbəkələrdə bu xəbərin çox paylaşılmasına və müzakirə olunmasına etiraz etməməlidirlər. Əgər hökmdə, qərarda və ya hadisədə problem, narazılıq yaradan məqam varsa, bu, müzakirə olunmalıdır ki, problem həllini tapsın. Bu, adi vətəndaşın da başına gələ bilər və o, heç kəsə səsini çatdıra bilməz. Tanınmış bir şəxsin timsalında bu problemin günlərlə müzakirə olunması yaxşıdır. İctimai qınaq, etiraz və narazılıq olmalıdır ki, növbəti belə hadisədə ədalətsiz qərar verilməsin”.

Nigar İxtiyarqızı