Argentinada yığmaya görə bu tarix qeyri-iş günü elan edilə bilər

Argentinada yığmaya görə bu tarix qeyri-iş günü elan edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Argentina Prezidenti Xavyer Miley futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını azarkeşlərlə qeyd etmək qərarına gələrsə, həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib.Tribuna.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bayram tədbirlərinin keçiriləcəyi tarix futbolçular və məşqçilər korpusu tərəfindən müəyyənləşdirildikdən sonra həmin gün rəsmi istirahət günü elan ediləcək.

X.Miley DÇ-2026-nın finalından sonra Argentina millisinə də təşəkkür edib: “Çox sağ olun, uşaqlar. Sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir”.

Qeyd edək ki, yığma dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.