Argentina prezidenti Xavyer Miley keçmiş sevgilisi, tanınmış aktrisa və müğənni Fatima Florez ilə birlikdə səhnəyə çıxaraq mahnı oxuyub.
Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina prezidenti Mar-del-Plata şəhərində yerləşən “Roxy” teatrında təşkil olunan “Fátima Universal” şousunda qonaq qismində iştirak edib. Şou zamanı Xavyer Miley keçmiş partnyoru Fatima Florezlə birlikdə səhnədə mahnı oxuyub və rəqs edib.
Onların səhnə performansı ölkədə geniş rezonans doğurub və prezidentin şəxsi həyatı ilə dövlət başçısı kimi institusional rolu arasındakı sərhədlər yenidən müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər bunu şəxsi an kimi qiymətləndirsə də, digərləri prezident üçün bu cür davranışın uyğun olmadığını düşünür.
Yerlı medianın məlumatına görə, şoudan sonra teatrın qarşısında vəziyyət gərginləşib. Sosial etirazlar və siyasi mübahisələrin fonunda prezidentin teatrdan çıxışı zamanı fit səsləri, etirazlar və gərginlik müşahidə olunub.
İmran Kərimli









