Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib.
Tribuna.az xəbər verir ki, Macarıstan parlamentinin rəsmi iclasında keçirilən səsvermənin gedişi Baş nazir Peter Maqyarın “YouTube”dakı rəsmi kanalında yayımlanıb.
Baka prezident seçkilərində yeganə namizəd olub və parlamentdə lazımi səs çoxluğunu əldə edib.
Qeyd edək ki, Andraş Baka 2009–2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.









