Almaniya millisinin baş məşqçisi istefa verir?

Almaniya millisinin baş məşqçisi istefa verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman futbol üzrə dünya çempionatında komandasının uğursuz çıxışına baxmayaraq, vəzifəsindən istefa verməyi düşünmür.

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası 38 yaşlı mütəxəssisin gələcəyi ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək.

Bildirilib ki, federasiya rəhbərliyinin bəzi üzvləri yığmanın sükanı arxasında Yurgen Kloppu görmək istəyirlər. Buna baxmayaraq, çalışdırıcı ilə hələlik rəsmi danışıqlar aparılmayıb.

Qeyd edək ki, Yulian Naqelsmanın Almaniya yığması ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

Xatırladaq ki, Bundestim dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb. Bu, Almaniya yığmasının mundiallar tarixində ilk dəfə penaltilər seriyasında uduzması kimi tarixə düşüb.