Ajda Pekkan 25 min dollarlıq gənclik iksiri içir?

Ajda Pekkan 25 min dollarlıq gənclik iksiri içir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan haqqında Taylanddan şüşəsi 25 min dollar olan “gənclik iksiri” gətirdiyi barədə yayılan iddialara münasibət bildirib.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu məlumatın həqiqətə uyğun olmadığını deyib.

“Qətiyyən belə bir şey yoxdur. Həddindən artıq bahalı və əlçatmaz şeyləri heç sevmirəm. Əgər mütləq bir iksir istəyirlərsə, verim.

Çox sadə və ucuzdur. Erkən yatıram, 8 saat yatıram”, – Pekkan bildirib.

Müğənni səhərlər içdiyi qarışımı da açıqlayıb: “Səhərlər ilıq suya bir çay qaşığı bəkməz əlavə edirəm. Bir az da limon sıxıb içirəm”.

Ajda Pekkan bununla belə, sağlam və gənc görünüşünün sirrini bahalı məhsullarda deyil, gündəlik həyat tərzində gördüyünü vurğulayıb.

Gülşən Rəsul