Ahmed Şara Moskvaya gedir – Putinlə görüşəcək

Ahmed Şara Moskvaya gedir – Putinlə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Prezidenti Ahmed Şaranın çərşənbə günü Rusiyanın paytaxtı Moskvanı ziyarət edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.

Tribuna.az-ın Suriya mətbuatına istinadən verdiyi məlumata görə,  Suriye TV Prezident Şara’nın Moskvaya səfər edəcəyini və Putinlə bir araya gələcəyini açıqlayıb. Lakin səfərin detalları barədə əlavə məlumat verilməyib.

Qeyd olunur ki, sözügedən səfərlə bağlı indiyədək nə Suriya, nə də Rusiya rəsmiləri tərəfindən rəsmi açıqlama yayılmayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Ahmed Şara sonuncu dəfə 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Bu səfər Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabr ayının sonunda süqut etməsindən sonra Şara’nın prezident kimi Moskvaya etdiyi ilk rəsmi səfər olmuşdu.

İmran Kərimli