ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə

ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tarixində ilk dəfə olaraq əhalinin azalması riski ilə üzləşə bilər.

Bu barədə Bloomberg nəşri məlumat yayıb.

Tribuna.az xəbər verir ki, qeyd olunur ki, əvvəllər ABŞ-da əhali sayının azalmasının ən tez 2081-ci ildən başlaya biləcəyi proqnozlaşdırılırdı. Lakin Donald Trampın sərt immiqrasiya siyasəti bu prosesi xeyli sürətləndirərək artıq 2026-cı ilə yaxınlaşdıra bilər.

Ekspertlərin fikrincə, hətta yaxın bir ildə rəsmi azalma qeydə alınmasa belə, Trampın ikinci prezidentlik müddəti demoqrafik tarazlığın pozulmasını sürətləndirir. Belə ki, miqrasiya axını artıq doğum səviyyəsinin enməsini və əhalinin qocalması fonunda artan ölüm göstəricilərini kompensasiya edə bilmir.

Analitiklər bildirirlər ki, immiqrasiya qaydaları nə qədər sərtləşərsə, ABŞ bir o qədər tez demoqrafik platoya, daha sonra isə əhali azalmasına doğru irəliləyir.

İmran Kərimli