AAYDA və Eldar Əzizov hədəfdə – “Bakıdakı kollektorları onlar asfaltladı”

AAYDA və Eldar Əzizov hədəfdə – “Bakıdakı kollektorları onlar asfaltladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi Sahib Məmmədov Bakıda yağışdan sonra yaranan problemlərlə bağlı şəhər təsərrüfatına cavabdeh qurumları sərt tənqid edib. O, xüsusilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətini hədəf alıb.

Tribuna.az xəbər verir ki, Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə kanalizasiya sistemi ilə yağış sularını daşıyan kollektorların fərqli sistemlər olduğunu vurğulayıb.

Hüquq müdafiəçisi bildirib ki, əvvəllər Bakıda hər iki sistem mövcud olsa da, son illər AAYDA apardığı yol genişləndirmə işləri zamanı yağış kollektorlarının üstünü asfaltlayıb.

“Bizdə əvvəl hər ikisi var idi. AAYDA-nın çox səriştəli rəhbərləri və heyəti yollarımızı genişləndirərkən həmin kollektorların üstünü örtüb asfalt çəkdilər”, – deyə o qeyd edib.

Sahib Məmmədov paylaşımında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov barədə də ironiya ilə danışıb. O bildirib ki, Eldar Əzizov kanalizasiya və yağış kollektorları arasındakı fərqi ya bilmir, ya da məsuliyyətin artıq yerli icra hakimiyyətlərinin səlahiyyətində olmadığını nəzərə almır.

Gülşən Rəsul