Dünya bazarında neft qiymətləri kəskin eniş edib.
Tribuna.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar və ya 2,19% azalaraq bir barel üçün 101,60 dollara düşüb.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar və ya 2,21% ucuzlaşaraq 98,08 dollar təşkil edib.
Neftin ucuzlaşmasına ABŞ və İran arasında diplomatik təmasların bərpa oluna biləcəyinə dair gözləntilər və Səudiyyə Ərəbistanından neft ixracının artması təsir göstərib.









