Kadırovla bağlı VACİB XƏBƏR

Kadırovla bağlı VACİB XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov Rusiyada keçirilən seçkilərdə bülletenlərin 99,63 faizinin hesablanmasının nəticələrinə əsasən, yenidən həmin regionun başçısı seçilib.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

2011-ci ildən Çeçenistana rəhbərlik edən R.Kadırov səslərin 99,85 faizini toplayaraq qalib gəlib.

Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, habelə regional və bələdiyyə seçkiləri keçirilib.