AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video

AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Xankəndi yolunun təmirini 2 ildir yarımçıq qoyub.

Tribuna.az xəbər verir ki, bu barədə sözügedən yoldan istifadə edən İsrail Fərhad adlı vətəndaş sosial şəbəkədə tazıb. O bildirib ki, yolun bir hissəsi təmir edilib, digər hissəsi isə 2 ildir bərbad vəziyyətdə qalıb:

“Yolun bir tərəfi 1.5 ildir ki, hazırdır. Digər hərəkət hissəsi kələ-kötür, çala-çuxurdur. Bakı-Xankəndi avtobusu həmin ərazini addım-addım gedir. Azı yarım saat gəcikmə ilə çatır. Bütün avtomillərin asqı sisetemi dağılır. Yolun təmir olunmuş hissəsi ancaq prezident gələndən gələnə açılır. Ərazidə heç bir texnika işləmir. Camaata bu zülmü yaşatmağınızın səbəbi nədir?”.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq. Sorğunun cavabı işıqlandırılacaq.
Gülşən Rəsul