Simonyan “şərt”lə danışır: “Əsl barışıq üçün 19 erməni azad edilməlidir”

Simonyan “şərt”lə danışır: “Əsl barışıq üçün 19 erməni azad edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyəni tərəfdaş olmağa və sülhün təməlini qoymaqda bizə qoşulmağa dəvət edirik”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Azərbaycanla münasibətlər məsələsinə də toxunub. Bu dəfə “şərt”lə danışıb. Simonyan bildirib ki, Ermənistan Azərbaycanla 10 illərdir davam edən düşmənçiliyi sonlandırıb. “Əsl barışıq üçün isə Azərbaycanda saxlanılan 19 erməni azad edilməli və itkin düşənlərin taleyi aydınlaşdırılmalıdır”.

Fərda Uğur