İranla ABŞ arasında “atəşma”: Generallar üz-üzə

İranla ABŞ arasında “atəşma”: Generallar üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran danışıqları ərəfəsində hər iki tərəf bir birilərini təhdid edən fikirlər səsləndiriblər.

Tribuna.az xəbər verir ki, İran ordusunun inzibati işlər üzrə komandan müavini Əlirza Şeyx və ABŞ-ın müdafiə naziri Pit Hegseth sərt ifadələr işlədiblər.

Şeyx bildirib ki, ABŞ fərqli hərəkət edərsə, onlara sərt cavab verəcəklər. “Düşmən başqa bir hərəkətə cəhd edərsə, İran əvvəlcədən planlaşdırılmış tədbirlərə əsasən cavab verəcək”.

Onun sözlərinə görə, İranın əlində çox güclü dorn ordusu mövcuddur. “Son 7 ayda PUA istehsalımız 10 dəfə artıb. Onlarla düşmənin hərəkətini poza bilərik”.

ABŞ müdafiə naziri Pit Hegseth isə İranın enerji sektoru və digər infrastrukturlarını məhv edəcəkləri ilə qarşı tərəfi təhdid edib. “Əgər İran səhv qərarlar verərsə, ABŞ onun enerji infrastrukturuna zərbə endirəcək”.

Nazir daha sonra qeyd edib ki, ABŞ İranın heç vaxt nüvə silahına sahib olmayacağını təmin edəcək. “Vaşinqton bunu “yaxşı şəkildə”, razılaşma yolu ilə etmək istərdi. Amma bu, “pis şəkildə” də edilə bilər”.

Fərda Uğur